22 yanvar 2014 00:44
Vaqif Cavadov: Unutmayın ki, çinlilərə qarşı oyun yoxlama oyunudur
“İnter” kapitanı Vaqif Cavadov azerisport.az saytına açıqlamasında toplanış çərçivəsində Çinin “Şandun Lunen” komandasına qarşı keçiriləcək yoxlama oyunu barədə fikirlərini bildirib:
“Bu komanda yaxşı təəssürat oyatdı. Onlar Çin çempionatında ikinci pillədə qərarlaşıb. Bir-neçə oyunlarına baxmışam. Vaqner Lav əsas aparıcı siamlardandır. O, özünü hələ Rusiya çempionatında ÇSKA-nın heyətində oyunları ilə sübut edib. Əla oyunçudur. Mənə elə gəlir ki, oyun maraqlı olacaq. Biz qalib gəlmək istəyirik. Ancaq unutmayın ki, bu, yoxlama oyunudur”.
