22 yanvar 2014 00:33

Karlos Kardoso: Flavinyonu Azərbaycanda ən yaxşı futbolçu hesab edirəm

“Neftçi”nin müdafiəçisi Karlos Kardoso azerisport.az saytına müsahibəsində Antalya toplanışı haqda danışmaqla yanaşı, TPL-in ən yaxşıları barədə fikrini bildirib.
- Toplanış çərçivəsində öz oyunlarınızı necə qiymətləndirirsiniz?
- Toplanışa alban “Partizani”si ilə oyunla (2:0) başladıq. Sonra “Fənərbaxça” ilə uğurlu oyun (0:0) keçirdik. Bu oyunlarda qol buraxmamağımız vacib idi. İkinci oyun ərəfəsində türklərin asan qələbəsi haqda düşünürdük. Axı rəqib “Neftçi”dən səviyyəcə üstün idi. Biz hamımız futbol oynaya bildiyimizi göstərmək istəyirdik. Hesab edirəm ki, yaxşı nəticəyə imza atdıq. Üçüncü oyunda isə “Tobol”u məğlub etdik. Bu oyunda məşqçi məni başqa mövqeyə qoydu və mən hesab edirəm ki, pis oynamadım.
 
- “Fənrbaxça”nın ulduz heyətinə qarşı oynamaq çətin deyildi?
- Çox çalışırdım. Rəqib düşərgədə portuqaliyalı Brunu Alveşi tanıyırdım. Həmçinin, kamerunlu Vebo və hollandiyalı Küytü. Mənim belə oyunçulara qarşı oyun təcrübəm var. Əvvəllər Portuqaliya, Rumıniya və Rusiyada çıxış etmişəm. İki il qabaq komandamın Milanda “İnter”lə heç-heçə (2:2) etdiyini xatırladım. Uşaqlar dedilər ki, “Fənərbaxça”ya qarşı oyunda 70% həmin heyət idi. Aydındır ki, mövsümdən mövsümə heyəti cavanlaşdırmaq, 1-2 yeni oyunçu almaq lazımdır. Hamı belə edir, hətta “Barselona”.
 
- “Neftçi”yə hansı mövqelərdə oyunçu almağı məsləhət görürsünüz?
- Mən öz məşqçimə hörmət edirəm və onun yerinə danışmayacağam. Düzünü o, bilir.
 
- Bu oyunu “Neftçi”də keçirdiyiniz oyunlardan ən yaxşısı adlandırmaq olar?
- Deyərdim ki, “Qəbələ” ilə oyunda, biz qalib gələndə daha yaxşı oynadım. “Fənərbaxça” ilə oyun isə yaxşı emosional yüksəliş idi.
 
- Hesab edirlər ki, əgər iki-üç braziliyalı xarici klubda toplaşsa, öz “mafiyalarını” yaradır. “Neftçi”də belə qruplaşma var?
- Mən hesab edirəm ki, braziliyalılar “Neftçi”yə uğur qazanmaqda kömək edir. Bertuççi, Flavinyo və Denis Silva ilk mövsüm deyil ki, burdadır və özlərini yaxşı tərəfdən göstəriblər. Ramos paraqvaylıdır, ancaq o da bizimlədir. Hesab edirəm ki, “Neftçi” oynayan və xeyir gətirənləri heyətə cəlb edir.
 
- “Neftçi”nin keçmiş futbolçusu və məşqçisi Kazbek Tuayev bildirib ki, “Braziliya mafiyası” Nazim Süleymanovun vəzifəsini tərk etməsi üçün hər şey edəcək.
- Əgər hər hansı yerli oyunçu heyətə düşmürsə, bu, bizim problemimiz deyil. Demək, o, kifayət qədər yaxşı deyil və rəqabətə gücü yoxdur. Azərbaycanlı ilə eyni səviyyədə olan legionerə heç bir yerli məşqçi güvənməz. Braziliyalılar komandaya ziyan verə bilməz, onlar hər yerdə lazımdır. İspaniya, Almaniya çempionatlarına baxın, orada mənim həmvətənlərimi artıq milliləşdirirlər.
 
- Təsadüfən Azərbaycan pasportu almaq istəmirsiniz?
- Məncə, bunun üçün orada iki-üç il oynamaq lazımdır. Ancaq mən sizin ölkəni seçdim.
 
- Bir il qabaq oxşar istəyi Azərbaycan yığmasında oynamaq istəyən Flavinyo izhar etmişdi.
- Onun qərarı haqda heç nə deyə bilmərəm. O, bir neçə ildir ki, oradadır və uyğunlaşmanı artıq keçib. Azərbaycan onun karyerasında böyük rol oynayıb. Mən Flavinyonu sizin ölkədə ən yaxşı futbolçu hesab edirəm və düşünürəm ki, o, sizin yığmanıza kömək edə bilər.
 
- Siz müxtəlif ölkələrdə çıxış etmisiniz. Yerli oyunçulardan kimi xarici çempionatda görürsünüz?
- Araz Abdullayev çox yaxşıdır. Əgər məşqçi olsaydım, onu “A” Seriyasına ya da Bundesliqaya götürərdim. Ona mütləq xarici çempionat məktəbi lazımdır ki, orada tərəqqi edə bilsin.
 
- Böyükağa Hacıyevin qayıdışı haqda sizin fikriniz?
- Bu, komandaya müsbət hal gətirdi. İntizam qayıtdı. Toplanış oyunları bunu göstərdi. Ancaq mən bilmirəm ki, Nazim Süleymanovla kimin problemi vardı.
 
- TPL futbolçularından kimi öz mövqeyində fərqləndirərdiniz?
- Elvin Yuniszadə gəncdir, çox işləməlidir ki, tərəqqi etsin. İki-üç ildən sonra o, yığmaya hazır olacaq. Mitreski çox təcrübəlidir, hər şeyi bilir. Deniz də yaxşıdır. “Qarabağ”da Rəşad Sadıqov var. AZAL-da Junior. Hücumçulardan bizə üç dəfə qol vurmuş Vaqif Cavadovu qeyd edərdim. Həmçinin, Reynaldo və Subotiçi.
 
- Azərbaycan futbolunda sizə xoş gəlməyən nə isə varmı?
- Məni narahat edən tək şey, azarkeşlərin sayıdır. Mən tribunlarda daha çox azarkeş görmək istərdim. “Qarabağ” - “Neftçi” oyunu kimi bir görüş bu qədər az azarkeşlə keçirsə, nə deyəsən? Oyunlara dörd-beş dəfə çox adam gələ bilər. Pullar var, infrastruktur var, ancaq baxın, camaat futbola getmir. Derbiyə on-on beş min adam gəlməlidir. Bununla yanaşı, mən oyunlara gələn azarkeşlər minnətdaram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.