21 yanvar 2014 00:11
Böyükağa Hacıyev: Tobola qarşı siz başqa Neftçi görəcəksiniz
Yanvarın 21-də “Neftçi” Antalya toplanışı çərçivəsində üçüncü yoxlama oyununa çıxacaq və bakılıların rəqibi Qazaxıstanın “Tobol” komandası olacaq. Azerisport.az xəbər verir ki, “Flaqman”ın baş məşqçisi Böyükağa Hacıyev komandanın ehtiyat heyətini yoxlamaq fikrindədir:
“Tobola qarşı siz başqa “Neftçi” görəcəksiniz. Bəzi futbolçular zədəsini sağaldır. Məsələn, Mahir Şükürov, Flavinyo, Melvin Platye və Karlos Kardoso bu oyuna çıxmaya bilər. Bu səbəbdən mən əlimdə olan ehtiyatı yoxlamaq fikrindəyəm”.
