21 yanvar 2014 12:00
Yığmamız oyuna qara sarğı ilə çıxdı
Xəbər verdiyimiz kimi, yanvarın 20-də 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Manisa şəhərində təşkil olunmuş “2014 Mercedes-Benz Egey Kuboku” turnirində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, 20 yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar futbolçularımız meydana qara sarğı ilə çıxıblar.
Xatırladaq ki, Yunanıstan komandasına qarşı keçirilmiş oyun 0:0 hesabı ilə yekunlaşıb.
(AFFA)
