21 yanvar 2014 11:44
Sadıq Sadıqov: Süleymanov Neftçiyə məşqçilik etməkdən qorxdu və biz Hacıyevi dəvət etdik
“Neftçi”nin prezidenti Sadıq Sadıqov azerisport.az saytına müsahibəsində Antalya toplanışı çərçivəsində komandasının “Fənərbaxça”ya qarşı keçirilmiş yoxlama oyunundan, Böyükağa Hacıyevin komandanın baş məşqçi vəzifəsinə gətirilməsindən və Nazim Süleymanovla yollarının ayrılmasından danışıb.
- Gəlin söhbəti “Fənərbaxça”ya qarşı oyundan başlayaq (0:0).
- Deyim ki, oyun xoşuma gəldi. “Neftçi”nin Türkiyə çempionatının lideri ilə döyüşməsini görmək xoş idi. Düzü, komandamdan belə oyunu gözləmirdim. Axı toplanışı təzə başlamışıq. Onlar isə hazırlığı bitirirdi. “Fənrbaxça” haqda çox danışmaq istəmirəm. Onlar hamıya məlumdur. “Fənərbaxça”nın Türkiyə çempionatında liderlik etməsi, oyuna marağı artırırdı. Hamı stadiona türk klubunun nə qədər azarkeşi gəldiyini gördü. Biz isə əksəri jurnalistlər olmaqla, 35-40 nəfər idik.

- “Nefçi”nin “Fənərbaxça”nın hücumları qarşısında belə inamla tab gətirəcəyini gözləyirdiniz?
- Düzü, düşünürdüm ki, 0:1 və ya 1:2 məğlub olarıq. İnanmırdım ki, oyunçularım fiziki cəhətdən sona qədər mübarizə apara bilsin. “Fənərbaxça” bizi bir neçə dəfə məyus edə bilərdi, ancaq bizim də bir neçə qol şansımız oldu. Sevinirəm ki, oyunçularım layiqli oynadı. Onlara rəşadətinə görə minnətdarlıq etdim. “Fənərbaxça” ilə səfərdə heç-heçə etmək və yaxşı oyun göstərmək az iş deyil. Bu, “Neftçi”nin Türkiyə Superliqasının altılığında rahat mübarizə apara biləcəyindən xəbər verir.

- “Neftçi”nin Böyükağa Hacıyevin gəlişi ilə belə inamlı oynaması haqda fikir var.
- Onun bu oyunda rolu vacib idi. Hacıyev komandaya rəhbərliyi ələ alaraq onu əvvəlki vəziyyətinə qaytardı. “Neftçi”ni Hacıyev kimi tanıyan heç bir məşqçi olmadığını etiraf etmək lazımdır. Biz onunla çoxdan tanışıq və mənfi, müsbət cəhətlərini bilirəm. O, futbolçulara elə köklənmə, psixoloji ruh verir ki, meydanda onun üçün hər şeydən keçməyə hazır olurlar. Hacıyev sözlərinə cavabdeh olduğunu bir daha sübut etdi.

- Sizə elə gəlmirmi ki, Albaniya uğursuzluğundan sonra Böyükağa Hacıyevin istefasını qəbul etməmək lazım idi?
- O zaman hər şey belə sadə deyildi. Nə vaxtsa hansı səbəbdən bu qərara gəldiyimizi danışacağam. Digər tərəfdən, o, “Neftçi”dən getməmişdi. Hacıyevi gəncliyimdən tanıyıram. Naxçıvanda camaatın yalnız iki futbolçunu - Pele və Böyükağa Hacıyevi tanıdığı haqda gəzən zarafat əbəs deyil. Sonra komandaya Tərlan Əhmədov, ardınca Nazim Süleymanov komandaya rəhbərlik etdi. Hacıyev qayıtdı və “Neftçi” yenidən nəyə qadir olduğunu göstərdi.

- Böyükağa Hacıyevin gedişini Çempionlar Liqası çərçivəsində Albaniya məğlubiyyəti ilə əlaqələndirmək olarsa, Bəs Nazim Süleymanovun gedişini nə ilə izah etmək olar?
- Mən heç vaxt Nazimə rəğbətimi gizlətməmişəm. Vaxtı ilə o ən yaxşı azərbaycanlı futbolçulardan olub. Ancaq, həmin yüksəkliklərə məşqçi kimi çata bilməyib. Etiraf edim ki, Böyükağa Hacıyevin gəlişindən bir neçə il qabaq komandanı Nazim Süleymanova təklif etmək ideyası vardı. Bəzi işlərin ortaya çıxması ilə bu ideyanı həyata keçirmək mümkün olmadı. Bax budur, biz heyəti Nazim Süleymanova etibar etdik və o, ümidlərimizi doğrultmadı.
- Yanvarın əvvəlində Nazim Süleymanov komandadan gedərkən bizə müsahibəsində bildirdi ki, ona öz köməkçilər komandasını gətirməyi və yeni transferlər həyata keçirməyi icazə vermirlər.
- Problemlər tədricən yığıldı. Xatırlayıram ki, AZAL qarşı oyun (1:2) ərəfəsində mənə dedilər ki, bəzi legionerlər məşqçidən narazıdır. Onları yanıma çağırdım və eşitdim ki, onlara etibar etməyən məşqçi üçün güclərini sərf etmək istəmirlər. Məlum oldu ki, Nazim onların bəziləri ilə vidalaşmaq istəyib və bununla da münasibətlər korlanıb. Əlbəttə, o, mənə yeni legionerlər almaq istədiyini demişdi. Mən hesab etdim ki, bu futbolçular bizə lazımdır və həm də əllərində müqavilələri var. Sonra Nazim bildirdi ki, komandaya yeni köməkçi məşqçilər gətirmək istəyir. Mən ona başa saldım ki, onun uzaqlaşdırmaq istədiyi şəxslər illərlə “Neftçi” sədaqətlə xidmət edib. Əgər onlar nədəsə günahkardırlarsa, qoy desin. Mən cavab almadım. Başa düşdüm ki, Nazim tədricən futbolçular arasında hörməti itirib. Bunsuz isə məşqçi vəzifəsində heç nə etmək olmaz. Onda mən elan etdim ki, komandaya “Neftçi”ni çempion edə biləcək məşqçi lazımdır. O dedi ki, bu məqsədə çata bilməz. Bu səbəbdən də getdi.

- Əgər “Neftçi” Süleymanovun rəhbərliyi altında yarış cədvəlində liderlik etsə idi, siz Süleymanova güzəştə gedərdiniz?
- Bəli. Əgər məşqçi öz işi ilə ölkədə ən yaxşı olduğunu sübut edirsə və inamla birinci yeri tutursa, onda mən ona etiraz etməzdim. Ancaq o, kluba rəhbərlik etməkdən qorxdu və getdi. Bir anı diqqətinizə çatdırım: heyətimizdə bu qədər yerli gənc oyunçular var. Nazim Süleymanov isə legioner almağı təklif edir. Julius Vobay komandada qalsa idi, Araz Abdullayev necə olardı? Komandanın məşqinə baxın və çoxlu gənc oyunçu görəcəksiniz. Mən onlarla vidalaşmalıyam? Büdcəmiz rezin deyil ki, hər il yeni legioner alaq. Mən Hacıyevə etibar etmək qərarına gəldim və “Fənərbaxça”ya qarşı oyun komandanın nəyə qadir olduğunu göstərdi. Demək, biz səhv etməmişik.
- Süleymanovdan sonra müvafiq vəzifəyə bir neçə namizəd ortaya çıxdı, yoxsa Hacıyev yeganə iddiaçı idi?
- Bizim üç namizədimiz vardı. Ancaq biz komanda ilə birgə bu vəzifəni Böyükağa Hacıyevə etibar etmək qərarına gəldik. Yaddan çıxarmayaq ki, məhz o, komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarmışdı. Biz inanırıq ki, onunla mövsümün sonunda qızıl dubl edə biləcəyik.