21 yanvar 2014 20:55
Böyükağa Hacıyev: Neftçi çempion olmasa da, istefa verməyəcəyəm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev komandanın transferləri haqda fikrini bildirib. Azerisport.az Hacıyevin fikirlərini diqqətinizə çatdırır:
“İndi “Neftçi”yə transferlər gərək deyil. Ancaq yayda, avrokuboklar ərəfəsində bu barədə klub rəhbərliyinə müraciət edəcəyəm. Ümid edirəm ki, mənə imtina etməzlər. Vaxtı ilə mən Bertuççi, Ramos və Kanalesin transferlərinin tərfdarı olmuşam. “Nefti”ni ardıcıl dördüncü dəfə çempion edə bilməsəm belə, istefa verməyəcəyəm”.
