21 yanvar 2014 20:44
Böyükağa Hacıyev: Nazim Süleymanovun Neftçidə olmasının əleyhinə deyiləm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bildirib ki, Nazim Süleymanovun komandaya qayıdışının əleyhinə deyil. Azerisport.az Hacıyevin fikirlərini diqqətinizə çatdırır:
“Nazim Süleymanov komandanın baş məşqçisi olarkən, mən klub prezidentinin müşaviri idim. İndi baş məşqçi mənə və o, müşavir ola bilər. Mən əleyhinə deyiləm. O, Berti Foqtsun köməkçisi olarkən, iki il qabaq “Neftçi” ilə avrokuboklara gedib. Araz Abdullayevi komandaya götürüncə, mən bütün ili onun yığmaya lazım olduğunu deyirdim. O, komandanı çempion edə bilməyəcəyini deyib. Mənim üçün isə ikinci yer uğursuzluqdur. Biz yalnız çempionluğa oynayacağıq”.
