Böyükağa Hacıyev: Əvəzedicilər özünü doğrultdular
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Antalya toplanışı çərçivəsində yoxlama oyununda “Flaqman”ın Qazaxıstanın “Tobol” komandası üzərində qələbəsinə (4:2) şərh verib. Azerisport.az Hacıyevin fikirlərini diqqətinizə çatdırır:
“Fənərbaxça” ilə oyundan sonra beş futbolçuya istirahət verdim. Meydana əvəzedici heyətdən bəzi futbolçular çıxdı. Onlar özünü doğrultdular. Onlar perspektivli oyunçular və Azərbaycan futbolunun gələcəyidirlər. 4:2 hesabı hər şeyi deyir. Ancaq müdafiədə səhvlər xoşuma gəlmədi, bunları aradan qaldırmaq lazımdır. “Neftçi” indi 55% hazırdır. Üçüncü dövrənin başlanmasına kimi 75% olmalıdır. Mən transferlər gərək olmayan komandanı tərifləmək istəmirəm. Sadəcə, bəzi futbolçuları kökləmək, ruh yüksəkliyi yaratmaq lazımdır”.
