21 yanvar 2014 18:05

Vyaçeslav Mogilnı: Azərbaycanda işləmək şansı həyatda bir dəfə ələ düşür

Rusiyalı mütəxəssis, futzal üzrə idman ustası 42 yaşı Vyaçeslav Mogilnı Rusiya KİV-nə müsahibəsində Azərbaycanın gənclərdən ibarət futzal yığmasına (U-21) gəlişindən və məşqçilər qərargahına daxil olduğu “Fənərbaxça” klubundan danışıb. Azerisport.az Mogilnının müsahibəsini diqqətinizə çatdırır.

“Azərbaycanda “Qəbələ”ni məşhur rusiyalı mütəxəssis Yuri Syomin çalışdırır”, deyə Mogilnı sözə başlayıb. “Ona oğlu Andrey və Yuri Baturenko kömək edirlər. Onlarla mən 2004-cü ildə “Baltika”da çalışmışam. Milli federasiya U-21-in baş məşqçisi postuna mütəxəssis axtarışına çıxanda, onlar məni məsləhət görüblər. Mənə Bakıdan zəng gəldi və söhbətə gəlməyi təklif etdilər. Belə şans həyatda bir dəfə ələ düşür və bundan istifadə etməmək günahdır. Mənim namizədliyim Azərbaycanın mini-futbol federasiyasının rəhbərlərini qane etdi və mən dərhal Bakıya köçdüm. Burada mənə səmərəli iş üçün bütün şərait yaradıldı.

Bu əsnada, mənə göz olan “Fənərbaxça” təmsilçiləri də iş təklif etdilər. Burada İran yığmasının üç, Serbiya yığmasının beş, Azərbaycan yığmasının üç futbolçusu çıxış edir. Klubdakı iş mənə həmişə məşqçi ruhunda olmağıma, ölkə çempionatını izləməyimə və başqa klublarda çıxış edən yığma oyunçularının idman formasını izləməyə kömək edir. Cəsarətlə demək olar ki, Bakıya öyrəşdim. Dil səddi yoxdur, oyunçuların böyük qismi rusca danışır. Rus dilini bilməyənlərlə tərcüməçi vasitəsilə danışıram.

Yanvarın 28-də Antverpendə AÇ-2014 başlayacaq. Azərbaycan yığmasına bizim klubdan da oyunçular cəlb edilib. Qrup rəqibləri İtaliya və Sloveniya yığmalarıdır.

Mart ayında məni ciddi imtahan gözləyir. Gənclər açıq Bakı turnirində iştirak edəcək. Yarışın 20 illik tarixi var və bir çox ölkələrin milli yığmaları iştirak edir.

İnternet vasitəsi ilə “Baltika”, “Deddi”nin çıxışlarını izləyirəm. Vətənlə daimi əlaqə saxlayıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.