21 yanvar 2014 16:00

Marius Pena: Azərbaycanda tanınmayan oyunçular belə, böyük pullar alır

“Bakı”nın hücumçusu Marius Pena müsahibəsində Bakı haqda ilk təəssüratlarından danışmaqla yanaşı, yol hərəkətini, klub bazasını xatırlayıb və komandanı qışda tərk etmək istədiyini etiraf edib. Azerisport.az Penanın müsahibəsini diqqətinizə çatdırır.

 

- Azərbaycandan təklif olduğunu deyəndə nə haqda fikirləşdiniz?
- Bu ölkə harada yerləşir? Nə komandadır elə? Hansı şəhərdəndir? Ancaq agentim dedi ki, orada yaxşı pul verirlər və ümumiyyətlə, futbola maliyyə yatırımı edirlər. Ona görə də razılaşdım.

 

- Bakıya ilk dəfə gələndə ilk təəssüratınız?
- Mən İstanbuldan uçdum. Səhər saat 4-5 olardı. Küçələrdə maşın az idi. Hərəkət, demək olar ki, yox idi. Mənə köhnə ilə təzənin birləşməsi xoş gəldi. Ancaq səhər oyananda yol hərəkəti qaydalarına əməl olunmamasını gördüm. Mən sadəcə karıxmışdım. Sözlə ifadə etmək mümkün deyil. Ancaq ümumilikdə, gördüklərim gözlədiklərimi üstələmişdi.

 

- “Bakı”nın infrastrukturu necədir? Rumıniyadan geri qalır?
- Orada olana qədər, mənə elə gəlirdi ki, geri qalır. Ancaq iş başına gəlincə, dörd təbii, bir süni örtüklü meydançası olan gözəl bir baza gördüm. Meydana Şotlandiyadan olan mütəxəssislər nəzarət edir. Çünki Bakıda bu işdən başı çıxan adamlar yoxdur.

 

- Siz bazada qalırsınız?
- Yox, mənə şəhər mərkəzi yaxınlığında əla bir ev kirayələyiblər.

 

Yerlilərlə necə ünsiyyət qurursunuz?
- Rusca pis danışmıram. Buna görə də problemlər yaranmayıb. Azərbaycanda ingiliscə pis bilirlər.

 

- Klubun maliyyə vəziyyəti necədir? Ödənişlərdə gecikmələr olur?
- Bəzən. Ancaq uzunmüddətli gecikmələr olmayıb. Mənə vəd olunmuş hər şeyi almışam. Mən hətta ilk keçirdiyim oyuna görə mükafat almışam. Baxmayaraq ki, biz məğlub olmuşduq. Sadəcə, bossa mənim meydanda necə görünməyim xoş gəlmişdi.

 

- Bakıda maşın sürməyə cəhd etmisiniz?
- Yox, nə danışırsınız?! Orada heç bir qayda mövcud deyil.

 

Bakıda necə qidalanırsınız? Azərbaycan mətbəxi xoşunuza gəldi?
- Mətbəx dadlıdır. Ancaq çox acı və şirin tam var. Ancaq mən bu və digərini sevmirəm. Ancaq Avropa mətbəxi restoranları var. Toyuq, mal əti, balıqla məhdudlaşırdım.

 

- “Bakı” Rumıniya çempionatında hansı yeri tutardı?
- Mən düşünürəm ki, “Bakı” 5-10-cu yerlər uğrunda mübarizə aparardı. Ancaq onlar yerində saymır. Daim tərəqqi edirlər. Düşünürəm ki, yaxın vaxtlarda “Bakı”nın sorağı avrokuboklardan gələcək.

 

- Əməkhaqqı yüksəkdir?
- Bəli, bəziləri ildə 500-600 min ABŞ dollarına qədər alır. Belə pulları hətta haqqında sizin heç nə eşitmədiyiniz futbolçular alır.

 

 -Adrian Skarlatake deyir ki, “Xəzər Lənkəran”da qələbəyə görə böyük əlavələr nəzərdə tutulub.
- Bu, klub rəhbərliyinin iddiasından xəbər verir. Ancaq bununla belə, camaat stadiona elə də fəal surətdə baş çəkmir. Bax, belə olan halda futbolçuları mükafatlarla, əməkhaqqı ilə kökləmək lazım gəlir.

 

- “Bakı”da qalmağa hazırlaşırsınız?
- Mən qışda getmək istəyirdim. Ancaq klub prezidenti dedi ki, yaya qədər qalım. Müqaviləm o zaman bitəcək. Hər şeyin mənim üçün belə pis gedəcəyini düşünmürdüm. Yeni baş məşqçinin rəhbərliyi altında mən oyun keçirmək üçün kifayət qədər vaxt almıram.

 

(prosport)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.