21 yanvar 2014 19:22
İnter darmadağına imza atdı
Məlumat verdiyimiz kimi, "İnter"in əvəzedici komandası hazırda "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir. Azerisport.az xəbər verir ki, bu gün komanda toplanış çərçivəsində dördüncü yoxlama görüşünü keçirib.
"Şəfa" stadionunda baş tutan oyunda əvəzedicilər MOİK klubu ilə üz-üzə gəlib və bu qarşılaşma komandanın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Amil Atakişiyev üç qolla fərqlənib, Bilal Qəmbərov iki topun müəllifi olub, Fərhad Budaqov isə rəqibi bir dəfə məyus edib.
Qeyd edək ki, toplanış çərçivəsində baş tutacaq sonuncu yoxlama oyun ayın 24-də baş tutacaq. Həmin matçda "İnter" "Şuşa" ilə qarşılaşacaq.
(Klub saytı)
