21 yanvar 2014 19:19
U-17 ikinci oyunda məğlub oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Manisa şəhərində təşkil olunmuş “2014 Mercedes-Benz Ege Kuboku” turnirində bu gün ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, Türkiyə komandası ilə qarşılaşan yığmamız 1:7 hesabı ilə məğlub olub. Komandamızın oyundakı yeganə qolunu Qara Qarayev vurub.
Yığmamız “2014 Mercedes-Benz Ege Kuboku” turnirinin qrup mərhələsində sonuncu oyununu yanvarın 23-də, Bakı vaxtı ilə saat 14:00-da Ukrayna komandasına qarşı keçirəcək.
(AFFA)
