21 yanvar 2014 19:00
Karlos Kardosodan Kazbek Tuayevə konkret kəlmə
“Neftçi”nin müdafiəçisi Karlos Kardoso azerisport.az saytına açıqlamasında Kazbek Tuayevin “Flaqman”ın heyətində olan braziliyalıların “Neftçi”nin artıq sabiq baş məşqçisi Nazim Süleymanovu istefaya göndərəcəkləri haqda fikrinə münasibətini bildirib:
“Mən hesab edirəm ki, braziliyalılar “Neftçi”yə uğur qazanmağa kömək edir. Əgər hər hansı yerli oyunçu heyətə düşmürsə, bu, bizim problemimiz deyil. Demək, o, kifayət qədər yaxşı deyil və rəqabətə gücü yoxdur. Azərbaycanlı ilə eyni səviyyədə olan legionerə heç bir yerli məşqçi güvənməz”.
