21 yanvar 2014 18:26
"İnter" Vaqner Lavın klubu ilə qarşılaşa bilər
Bakının "İnter" komandası sabah Bələkdəki hazırlıq çərçivəsində sayca dördüncü yoxlama matçını keçirəcək. Azerisport.az xəbər verir ki, bankirlərin rəqibi bu axşam dəqiqləşəcək.
İlkin ehtimala görə "İnter" Çinin yüksək dəstəsində mübarizə aparan "Şandun Lunen" komandasıyla qarşılaşa bilər. Paytaxt təmsilçisinin sabah keçirəcəyi oyunun vaxtı axşam məlum olacaq.
Qeyd edək ki, "Şandun Lunen" Çin çempionatında ikinci pillədə qərarlaşıb. Rusiyanın Mərkəzi Ordu İdman Klubundan ayrılan braziliyalı Vaqner Lav məhz "Şandun Lunen"in formasını geyir.
