21 yanvar 2014 17:45
İnter hələ kosta-rikalı ilə rəsmi müqavilə imzalamayıb
Bakının "İnter" klubu kosta-rikalı yarımmüdafiəçi Dieqo Madriqalı baxışdan keçirir. Klubdan azerisport.az saytına verilən məlumata görə, 25 yaşlı xavbeklə hələlik müqavilə imzalanmayıb.
Baş məşqçi Kaxaber Sxadadze futbolçunu sabah keçiriləcək sayca dördüncü yoxlama matçında sınamaq fikrindədi. Bundan sonra onun taleyinə aydınlıq gələcək.
Qeyd edək ki, Madriqal Kosta-Rikanın bir neçə klubu ilə yanaşı, ölkəsinin yığma komandalarının da şərəfini qoruyub.
