21 yanvar 2014 16:12
Xəzər Lənkəranda yeni futbolçu
"Xəzər Lənkəran" braziliyalı müdafiəçi ilə anlaşıb. Azerisport.az xəbər verir ki, cənub klubu Villian Tyeqonu heyətinə qatıb.
Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, cənub təmsilçisində uğurla baxışdan keçən "stopper" yenidən vətəninə qayıdıb. O, bütün əşyalarını topladıqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, 28 yaşlı müdafiəçinin son klubu "Fiqeyrense" olub.
