21 yanvar 2014 15:08
İnter kosta-rikalı futbolçu ilə müqavilə imzaladı
"İnter" yeni ildəki ilk transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu kosta-rikalı yarımmüdafiəçi Dieqo Madriqalla anlaşıb.
Bu barədə Kosta-Rika mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, "bankirlər"in yeni futbolçusu ötən gün uğurla tibbi müayinədən keçib. 25 yaşlı xavbeklə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mardiqal Kosta-Rikanın bir neçə klubu ilə yanaşı, ölkəsinin yığma komandalarının da şərəfini qoruyub.
