21 yanvar 2014 14:47
Nazim Süleymanov: Mahir Şükürovun Neftçidən getməsini istəyirdim
"Neftçi"nin sabiq baş məşqçisi Nazim Süleymanov komandadan qovmaq istədiyi futbolçular barədə danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Bu söhbətlərin indi niyə ortaya atılmasının səbəbini bilmirəm. Maraqlıdı, indi mən komandada olsaydım, onlar heyətdə olacaqdılarmı? Məsələn, mən İqor Mitreski ilə Mahir Şükürovun komandada qalmasını istəmirdim. Onlarda intizamsızlıq müşahidə edirdim. Xüsusilə Mahir qaydaları daha çox pozurdu. Futbolçuya yaraşmayan hərəkətlər edirdi. Elə futbolçunu komandada saxlamaq istəmirdim. Mən rəhbərlikdən bir müdafiəçi və bir mərkəz hücumçusu almağı xahiş etmək istəyirdim. Amma onlar mənim bu istəyimlə hesablaşmadılar. Belə olan şəraitdə mənim komandada qalmağımın heç bir mənası yox idi".
