21 yanvar 2014 14:22
Corc Leroy: Xəzər Lənkəranı yenə məğlub edəcəyik
“Qarabağ”ın hücumçusu Corc Leroy Antalya toplanışı çərçivəsində vurduğu qolla komandasının Buxarest “Dinamo”su üzərində qələbəsini təmin etdiyi yoxlama oyundan sonra (1:0) azerisport.az saytının suallarını cavablayıb.
“Qol vurmaq xoşdur. Ancaq hazırda komandanın hazırlığı çox vacibdir. Bizim toplanışlarımız yaxşı təşkil olunub. Klub heyəti oyunçulara idman formasını toplamağa hər bir köməyi edir”, deyə Leroy sözə başlayıb.
- Bu, “Qarabağ”la sizin ilk qış toplanışınızdır. Bunu Hollandiya hazırlığı ilə müqayisə edə bilərsiniz?
- İlk öncə ağıla gələn, müddət fərqidir (gülümsəyir). Hollandiyada qış fasiləsi azca qısadır. Yəni, yanvar toplanışı cəmi altı gün davam edir. Bu, mənim üçün elə də öyrənəli deyil. Buna rəğmən, işimi sevirəm və məmnuniyyətlə yerinə yetirirəm. Davamlı toplanışın öz müsbət cəhətləri var: köklənmə artır, qarşılıqlı əlaqə möhkəmlənir. 20 gün ərzində bir böyük ailə kimi yaşayırıq.
- Hansı formadasınız?
- Özümü yaxşı hiss edirəm. Ancaq tam hazır olmaq üçün, çox işləmək lazımdır. Bizim məşqlərimiz çətindir. Qarşıda hələ üç oyun var. Onlar bizi oyun ahənginə salacaq. Ümid edirəm ki, “Xəzər Lənkəran”a qarşı oyuna yüz faiz hazır olacağıq.
- Özümü yaxşı hiss edirəm. Ancaq tam hazır olmaq üçün, çox işləmək lazımdır. Bizim məşqlərimiz çətindir. Qarşıda hələ üç oyun var. Onlar bizi oyun ahənginə salacaq. Ümid edirəm ki, “Xəzər Lənkəran”a qarşı oyuna yüz faiz hazır olacağıq.
- Toplanışdan sonra ilk rəqibiniz “gəmiqayıranlardır”. Onlar məşqçi dəyişikliyi edib və iki yoldaşlıq oyunu keçiriblər. Onları iş başında görə bildiniz?
- Mən bu komanda haqda bilirəm. Biz iki dəfə onlara qarşı oynamışıq. Xatırlayıram ki, bizə çətin idi. Onların yaxşı komandası var. Yeni məşqçinin gəlişi ilə oyun keyfiyyəti artacaq və yeni taktika meydana gələcək.
- Antalyada olarkən, “Xəzər Lənkəran”a qarşı oyunu diqqətinizdə saxlayırsınız?
- Əlbəttə. Biz rəqibi nə qədər olsa müşahidə edə bilərik. Ancaq, həlledici rolu bizim görüşümüz oynayacaq. Demirəm ki, asan olacaq, ancaq bütün dəyişikliklərə rəğmən, onları yenə qalib gələcəyik.
- Bəs TPL-də ilk pilləni qorumağı necə?
- Gələcəyə baxa bilmərəm. Ancaq öz üzərimizdə işləsək, mübarizə aparsaq, hücumlar etsək və bütün komanda ilə müdafiə olunsaq, çempion olacağıq.
- Holland gənc Bakıda necə yaşayır?
- Əlbəttə, mənim həyatım dəyişib. Belə ki, mənim ailəm, uşaqlarım, yoldaşım Hollandiyadadır. Bütün doğma və yaxınlarım yanımdadır. Bakıda tək yaşayıram. Ancaq şikayət etmirəm, hər şey qaydasındadır.
- Yerli mühitə uyğunlaşa bilmişiniz?
- Bununla da hər şey qaydasındadır. Azərbaycan həyatına tamamilə öyrəşmişəm.
