21 yanvar 2014 13:50
Kuban Xəzər Lənkəranı Azərbaycan yığması ilə səhv saldı
“Xəzər Lənkəran”ın əvəzedici heyəti Krımsk (Rusiya) toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, rəqib Rusiyanın “Kuban” komandası olub.
Oyun cənubluların 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Kuban”ın rəsmi saytı isə məlumatın çatdırılması zamanı səhv yol verib. Belə ki, rəsmi sayt komandanın qələbəni “Xəzər Lənkəran”ın əvəzedici heyəti deyil, yeniyetmələrdən ibarət Azərbaycan yığması üzərində qazandığı qənaətinə gəlib.
