21 yanvar 2014 13:44
Mircavadov Neftçiyə məşqçilik edə bilərmiş
Nazim Süleymanovun “Neftçi”nin sükanı arxasından getməsindən sonra, komanda rəhbərliyi dörd namizəd arasından seçim aparıb. Azerisport.az xəbər verir ki, Böyükağa Hacıyvin adı ilə yanaşı müvafiq vəzifəyə Ağasəlim Mircavadov, Şahin Diniyev və Arif Əsədovun adı hallanıb.
Yekun nəticədə “Flaqman”ın rəhbərliyi seçimini Böyükağa Hacıyevin üzərində saxlayıb və komandanı ona etibar edib.
