21 yanvar 2014 13:33

Elnur Qəmbərov: Azərbaycan AÇ-2014-də qrup birincisi olmalıdı

AÇ-2012-də futzal üzrə Azərbaycan yığması parlaq hücum futbolu nümayiş etdirərək, ilk cəhddən yarımfinala yüksəlməklə sürprizə imza atmışdı. Ancaq Xorvatiyada keçirilmiş ötən çempionatın qrup mərhələsinin son turunda Serbiyaya məğlubiyyət (8:9) və komandanı pley-offdan kənarda qoydu.
Azerisport.az xəbər verir ki, hazırda Joze Alesionun komandası Antverpendə AÇ-2014-ün başlanmasına hazırlaşır. Komandanın heyətində ən təcrübəli oyunçu 35 yaşlı Elnur Qəmbərov olacaq. O, ötən iki AÇ-də iştirak etməsə də, qitə miqyasında mütəmadi olaraq “Araz”ın şərəfini qoruyub. UEFA regionlar Kubokunda “Femida”nın heyətində böyük futbol da oynayıb. Öz müsahibəsində müdafiəçi qrup mərhələsində Sloveniya və İtaliya yığmaları ilə qarşılaşacaqları AÇ-yə hazırlıqdan danışıb.
 
- Məşq prosesi necə gedir? 
- Hər şey yaxşıdır. Allaha şükür, zədəli yoxdur və hamının ovqatı gözəldir. Toplanışın növbəti mərhələsi yanvarın 3-ü başlayıb. Hər gün səhər və axşam məşqlərinə çıxırıq. Məşqlər iki saat davam edir. Əsas diqqətimizi fiziki hazırlığa veririk. Yığmaya dörd yerli klubun oyunçuları dəvət alıb: “Araz”, “Neftçi”, “Ekol” və “Fənərbaxça”.
 
Futzal federasiyasının prezidenti Zaur Axundov demək olar, bütün məşqlərə baş çəkir. Hər gün vəziyyəti soruşur və hər şeyin qaydasında olmasına çalışır. Ümumiyyətlə bizə yaradılmış şərait müqabilində parketə çıxıb öz oyunumuzu göstərmək qalır. Nədənsə şikayətlənmək günah olardı. Hələlik heç kim komanda heyətində öz yerini təmin etməyib. Bu həm yerli və həm də milliləşdirilmiş braziliyalılara aiddir. Bizim məşqlərimiz maraqlı, lakin ağırdır. Bu halda heyətə düşmək üçün rəqabət yüksək səviyyədədir.
 
- Komanda qarşısında hansı məqsədlər var?
- Bizə konkret tapşırıq verilib. Biz qrupda birinci yeri tutmalıyıq. İkinci kimi pley-offa çıxmaq olmaz. Çünki, bu halda biz İspaniya yığması ilə üzləşə bilərik. Erkən mərhələdə bu qarşılaşmanı istəmirik, gizlətmirəm. Ümumilikdə 2010-cu ildəki uğurdan daha yaxşı nəticə göstərmək istəyirik. O zaman komandamız üçüncü yer uğrunda oyunda məğlub olmuşdu. Bu dəfə isə finala çıxmaq lazımdır.
 
Düzdür, əvvəlcə qrup mərhələsini dəf etmək lazımdır. Ancaq bu da asan deyil. Məsələn, Sloveniya, məsələn, yaxınlarda Portuqaliyanı məğlub edib İspaniya ilə heç-heçə edə bilmişdi. “Araz”la “Sportinq”in bu yaxınlarda baş tutmuş görüşünü xatırlayaq (futzal üzrə UEFA Kubokunun elit raundunun son turu). O zaman biz favorit olmasaq da, istəyimizə çatdıq (6:3). Özü də oyunun sonuna yaxın portuqaliyalı azarkeşlər bizi dəstəkləyirdi.
 
- Komandanın və ölkədə futzalın səviyyəsi haqda bir qədər ətraflı danışın.
- Dediyim kimi, yığmada abı-hava əladır. Biz böyük bir ailə kimiyik. Yığmada yerli və xarici oyunçular arasında fərq heç zaman olmayıb. Bizim braziliyalılar artıq beş ildən çoxdur ki, Bakıda yaşayırlar. Necə deyərlər, bir qazandan yeyirik, eyni məqsədi güdürük. Mən deyərdim ki, onlar artıq Azərbaycanın vətənpərvərləri olublar. Futzalın tərəqqisindən danışanda, onda qeyd-şərtsiz, bu müşahidə olunur. Görürük ki, gölərimiz qarşısında perspektivli gənclər necə tərbiyə olunur və yetişir.
 
- Sizcə, hazırda Azərbaycan futzalında nə çatmır?
- Təbii ki, yerli çempionatın səviyyəsinin yüksəlməsini və azarkeşlərin sayının artmasını istərdim. Ümid edirəm ki, Bakıda keçiriləcək UEFA Kubokunun final yarışı bizim futzalın inkişafında növbəti təkan olacaq. Ola bilər ki, “Araz”ı dəstəkləməyə ölkə başçısının özü - İlham Əliyev gələcək. Bir sözlə, tərəqqi var və inkişaf hələ davam edir. Bizə əlbəttə ki, vaxt lazımdır.
 
Bizim yığmamızı çox yaşlı hesab edənlərə cavab vermək istərdim. Mən hesab edirəm ki, AÇ-də 95% uğur təcrübədən asılı olacaq ki, bizim də təcrübəmiz var. Nəhənglərlə oynayanda ilk növbədə sürət deyil, sürətlə düşünmə və vəziyyəti eyni ilə qiymətləndirə vacibdir.
 
(UEFA saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.