Valeri Reynqold: Syominin nə üçün Azərbaycanda işlədiyini başa düşmürəm
“Spartak”ın məşhur sabiq hücumçusu Valeri Reynqold ÇSKA-nın məşqçi qərargahında baş vermiş dəyişiklərdən danışarkən, Yuri Syomini xatırlayıb. Azerisport.az xəbər verir ki, Reynqold Rusiya KİV-nə bunları söyləyib:
“Dəyişikləri nəinki ÇSKA, bütün Rusiya futbolu tələb edir. Ancaq bu, artıq başqa söhbətin mövzusudur. Ancaq şanlı tarixə malik klublar, məsələn, ÇSKA rusiyalı mütəxəssislərə üz tutanda, bu, çox sevindirir. Ümumiyyətlə bizə legioner-məşqçilərə dəyəri azaltmaq, yerli mütəxəssislərə diqqəti cəmləmək lazımdır. Başa düşmürəm ki, niyə Yuri Syomin, Georgi Yartsev kimi səviyyəli məşqçilər müvafiq olaraq Azərbaycan və Moldovada işləyir? Niyə çoxlu istedadlı gənc məşqçilər işsiz oturub? Bəli, başa düşürəm ki, rəhbərlik etmək üçün bu gənclər hələ yetişməyiblər, ancaq köməkçi kimi tamam-kamal işləyə bilərlər. Bunun əvəzində onlar qəpik-quruşa veteranların yarışlarında oynayırlar. Bütün bunlar məyus etməyə bilməz”.
