20 yanvar 2014 12:55
Ruslan Rotan: Bakıya qarşı oyunun hesabına əhəmiyyət vermirik
“Dnepr”in yarımmüdafiəçisi Ruslan Rotan “Bakı”ya qarşı yoxlama oyunu (0:0) haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Rotan bunları söyləyib:
“Toplanış üçün səciyyəvi oyundur. Bax, ilk oyun belə alındı. Öz işimizi gördük, təəssüf ki, qol vura bilmədik, heç-heçə oldu. Bütün hazırlıq qarşıdadır. Bizim işimiz işləmək və hazırlığımızı göstərməkdir.
Hesaba əhəmiyyət vermirik. Bu gün 0:0 oldu, sonra qalib gələcəyik”.
(Sports.ru)
