20 yanvar 2014 00:44
Güvənc Kurtar: Yeni oyunçular haqda son sözümü deməmişəm
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar azerisport.az saytına açıqlamasında yoxlama oyununda Braziliyanın “Uniao” komandası üzərində 2:1 hesablı qələbəyə şərh verib:
“Normal oyun idi. Rəqib maraqlı, gənc komanda idi. Mən bəzi yeni oyunçuları izlədim. Ancaq son sözümü hələ deməmişəm. Qarşıda hələ iki oyun var”.
