20 yanvar 2014 12:00
Pavel Kapsa: Yığmadakı oyunlarına görə mühakimə yürütsək, Kamran Ağayev əsas rəqibimdi
“Sumurq”un qapıçısı Pavel Kapsa azerisport.az saytına müsahibəsində komandasının Türkiyə toplanışında ilk qələbəsindən, çəkindiyi hücumçulardan və rəqiblərindən danışıb.
- Ötən toplanışdan fərqli, “Simurq” cari toplanışa uğurla başladı və Almaniya “Felbert”ini 1:0 hesabı ilə məğlub etdi.
- Toplanışı qələbə ilə başlamaq xoşdur. Uğura baxmayaraq, yorğunluq hiss olunurdu. Xüsusən, məşqlərdə aldığımız yüklənmələrdən sonra. İnanmazsınız, birinci hissədə oynayırdım və hiss edirdim ki, ayaqlarım necə ağrıyır.
- Azərbaycan premyer-liqasında debütə baxmayaraq, sizi ən yaxşı qapıçılardan biri hesab edirlər. Azerisport.az saytının versiyasına görə, siz birinci yerdəsiniz.
- Bu haqda eşitmək xoşdur. Bütün bunlar çempionatın birinci yarısından sonradır, qarşıda hələ nə qədər oyun var. Ümid edirəm ki, birinciliyin yekunlarına görə ən yaxşı olacağam.
- Yarım il yeni klub və ölkəyə uyğunlaşma üçün böyük müddətdir. Simurqda özünüzü nə dərəcədə özününkü hesab edirsiniz?
- Heç bir problem yoxdur. Rus və ingiliscə danışa bilirəm. Komandaya qələbə qazanmağa bacardıqca tez-tez kömək etməyə çalışıram.
- Bununla belə, “Simurq” pis oynayır və ötən mövsümlə müqayisədə yarış cədvəlində aşağı yeri tutur.
- Heyət dəyişib. Bizə vaxt verin və hər şey yaxşı olacaq. Əgər biz fasilə ərəfəsində son iki oyundakı kimi oynasaq, bizi dayandırmaq çətin olacaq.
- Mövsümə tapşırıqlara gəlincə? Mükafatçılar siyahısına düşmək çətin olacaq?
- hər şey fasilədən sonrakı başlanğıcdan asılıdır. Biz “Neftçi”yə qarşı oyunla başlayacağıq. Sonra isə üç oyunu evdə keçirəcəyik. Əgər bu oyunlarda daha çox xal yığa bilsək, şansımız var.
- Hər qapıçının zərbələrindən ehtiyat etdiyi rəqib futbolçu var.
- Məndə bu, “Neftçi”dən Mahir Şükürovdur. O, cərimə zərbələri vuranda mən ikiqat toparlanıram. “Neftçi”dən Araz Abdullayevin də təhlükəli zərbələri var. Həmçinin, “Qəbələ”dən Daniel Subotiçin. “Qarabağ”la oyunda isə mən hər oyunçuya diqqətliyəm.
- Bəs rəqib qapıçı qismində?
- Kamran Ağayev mənim əsas rəqibimdir. Əgər onun yığmadakı oyunlarına görə mühakimə yürütsək.
- Kamran Ağayev mənim əsas rəqibimdir. Əgər onun yığmadakı oyunlarına görə mühakimə yürütsək.
- Bəs onun “Bakı”dakı oyunlarına gəlincə?
- Burada o, mənə rəqib deyil. Digər qapıçılardan “Neftçi”dən Saşa Stamenkoviçi qeyd edərdim.
- Burada o, mənə rəqib deyil. Digər qapıçılardan “Neftçi”dən Saşa Stamenkoviçi qeyd edərdim.
- Toplanışın ilk yoxlama oyununun ikinci hissəsində sizi Amil Ağacanov əvəzlədi. Sizdə rəqabət necə baş verir?
- Biz rəqib yox, dostlarıq. Mən ona təcrübə yığmağa kömək edirəm.
- Biz rəqib yox, dostlarıq. Mən ona təcrübə yığmağa kömək edirəm.
- Ötən mövsüm “Simurq”un qapısını David Petrkeviç qoruyurdu ki, mövsümlərarası fasilədə daha iddialı “Qəbələ”yə keçdi. Sizin də daha məşhur kluba keçmək üçün “Simurq”u tramplin kimi istifadə etmək ehtimalınız var?
-Klubumda hər şey məni qane edir. Bu səbəbdən gələcək haqda müəyyən nə isə deyə bilmərəm. Mənim 1+1 sxemi üzrə müqaviləm var. Bax, mövsümü bitirim, o halda öz fikrimi deyə bilərəm. Hələlik burdayam və bütün fikirlərim “Simurq”la bağlıdır.
-Klubumda hər şey məni qane edir. Bu səbəbdən gələcək haqda müəyyən nə isə deyə bilmərəm. Mənim 1+1 sxemi üzrə müqaviləm var. Bax, mövsümü bitirim, o halda öz fikrimi deyə bilərəm. Hələlik burdayam və bütün fikirlərim “Simurq”la bağlıdır.
