20 yanvar 2014 19:33
Qarabağ braziliyalı hücumçuya göz yetirir
“Qarabağ” Portuqaliyanın “Maritimu” komandasının 28 yaşlı braziliyalı hücumçusu Danilo Diasla maraqlanır. Azerisport.az xəbər verir ki, tərəflər arasında danışıqlar gedir.
Cari mövsümdə hücumçu Portuqaliya çempionatının 11 oyununda 1 qol vurub. Ümumilikdə hücumçu komandasının heyətində 85 oyunda 12 dəfə fərqlənib. Dias əvəllər Braziliyanın “Qoyas”, “Banderante”, “Qama”, “Atletiko Qoiyaniensa”, “Qoyania”, “Noroeste”, “Betin” və “Uberaba” komandalarında çıxış edib.
Qeyd edək ki, dünən Dias “Benfika”ya qarşı səfər oyununda meydanda 90 dəqiqə mübarizə aparıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
