20 yanvar 2014 18:44
Ufuk Budak Qaziantep BB klubuna keçib
Millinin müdafiəçisi Ufuk Budak “Eskişehirspor”u tərk edib. Azerisport.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Budak Türkiyənin Birinci Divizion komandası “Qaziantep BB” klubuna keçib.
Futbolçunun komandaya şənbə günü qoşulduğu bildirilir. Budak dünən komandasının heyətində çempionatın 20-ci tur oyununda “Adana Demirspor”a qarşı meydana çıxıb və görüş 1:2 hesabı ilə başa çatıb. Budak 90 dəqiqə meydanda mübarizə aparıb.
Hazırda “Qaziantep BB” 24 xalla 13-cü pillədə qərarlaşıb.
