20 yanvar 2014 16:44
Sadıq Sadıqov: Fənərbaxça ilə belə oyun gözləmirdim
“Neftçi”nin prezidenti Sadıq Sadıqov “Flaqmanın” Antalya toplanışı çərçivəsində “Fənərbaxça”ya qarşı keçirdiyi yoxlama oyunu barədə fikrini azerisport.az saytına bildirib:
“Oyun mənim xoşuma gəldi. “Neftçi”nin Türkiyə çempionatının liderinə qarşı əzmlə döyüşməsini görmək xoş idi. Düzünü deyim, komandamdan belə oyun gözləmirdim. Axı toplanışı təzəcə başlamışıq. Düşünürdüm ki, 0:1 və ya 1:2 hesabı ilə məğlub olacağıq. Şadam ki, komandam bu oyunda layiqli oynadı”.
