20 yanvar 2014 15:33
Cavid Hüseynov: Bakı tədricən öz oyununu tapır
“Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynov İspaniya toplanışı çərçivəsində Ukraynanın “Dnepr” komandasına qarşı keçirilmiş yoxlama oyunu (0:0) barədə azerisport.az saytına açıqlama verib:
“Bu, adi bir yoxlama oyunu idi. Ancaq rəqibin səviyyəsini nəzərə alsaq, əlavə köklənmə almaq çətin deyildi. Düşünürəm ki, bizdə pis alınmadı. Qol vura bilərdik. Özü də bir dəfə yox. Komanda tədricən öz oyununu tapır. Hazırlıq normal axarda gedir. Ümid edirəm ki, mövsümün ikinci yarısına qaydasında olacağıq”.
