20 yanvar 2014 01:01
Rəvanın əvəzediciləri də geri qalmır
"Rəvan"ın əsas komandası ilə bərabər, əvəzedicilərdən ibarət komandası da mövsümün ikinci yarısına hazırlaşır. Azerisport.az xəbər verir ki, Anar Vəliyevin yetirmələri təxminən bir həftəlik məşq prosesindən sonra yoldaşlıq oyununda qüvvəsini sınayıb.
1-ci divizion təmsilçisi "Mil-Muğan”la qarşılaşan əvəzedicilər qələbə qazanıb. 55-ci dəqiqədə Vüsal İsgəndərovun vurduğu qol yeganə olub.
Onu da qeyd edək ki, planda daha 3 yoldaşlıq görüşü nəzərdə tutulub. Sadəcə, rəqiblərin adları hələ dəqiqləşməyib.
