Böyükağa Hacıyev: Nefçtinin hər oyunçusuna ata kimi münasibət bəsləyirəm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin “Flaqman”ın Antalya toplanışı çərçivəsində “Fənərbaxça”ya qarşı keçirdiyi yoxlama oyunu (0:0) ilə bağlı mətbuat konfransında açıqlama verib. Azerisport.az Hacıyevin fikirlərini diqqətinizə çatdırır.
Böyükağa Hacıyev Avropa Liqasının oyunu çərçivəsində APOEL-ə qarşı oyun ərəfəsində yunan Kipri ərazisində verdiyi cavab xatırlayıb ki, onun qəlbində iki ölkə - Azərbaycan və Türkiyəyə yer var.
“Sabah oyuna əllərində yunan bayraqları olan 25 min yunan azarkeş gəlsə, nə edəcəksiniz?”, sualına: “Mən yunan fanatlardan qorxmuram. Bu oyuna mən Azərbaycan və Türkiyə bayraqları ilə çıxacağam. Mənim üçün Türkiyə ikinci Vətəndir”, deyə cavab verdim.
Oyuna gəlincə, Hacıyev bildirib ki: “Mən komandanın fəaliyyətindən razıyam. Ancaq artırmalı olduğumuz tərəflər var. Oyundan qabaq da sakit idim. İndi də sakitəm. Hansı general döyüşdən qorxur?”.
Hacıyev bu oyunu “Fənərbaxça”nın ötən yay “Xəzər Lənkəran”a qarşı keçirdiyi oyunla (0:4) müqayisə etməməyə səsləyib: “Mən o oynu xatırlamaq istəməzdim. Komandaları müqayisə etməyə dəyməz. Mən “Xəzər Lənkəran”a uğurlar arzu edirəm”.
“Neftçi”nin kapitanı Mahir Şükürovun komandanın həm də məşqçisi üçün oynadığı sözlərinə şərh verərək Hacıyev bildirib: “Məşqçi futbolçu üçün ata kimidir. Əgər onlar arasında etibarlı münasibət yoxsa, demək, komanda da yoxdur. Mən yalnız iki oğluma deyil, “Nefçti”nin hər oyunçusuna ata kimi münasibət bəsləyirəm. Bu, onlara oyuna mütləq köklənməyə kömək edir”.
