19 yanvar 2014 12:33
Vasluy Simurqla oynamaqdan imtina etdi
“Simurq” və Rumıniyanın “Vasluy” komandaları arasında Antalyada bu günə nəzərdə tutulmuş yoxlama oyunu keçirməyəcək. Azerisport.az xəbər verir ki, rumınlar oyunu keçirməkdən imtina ediblər.
Səbəb kimi Rumıniya təmsilçisinin “Simurq”un əsas deyil, ehtiyat heyəti ilə qarşılaşmaq istəyi olub.
