19 yanvar 2014 00:17
Mahir Şükürov: Klub prezidentinə söz vermişdik
“Neftçi”nin kapitanı Mahir Şükürov azerisport.az saytına açıqlamasında “Flaqman”ın Antalya toplanışı çərçivəsində “Fənərbaxça”ya qarşı keçirdiyi yoxlama oyunu (0:0) barədə fikrilərini açıqlayıb:
“Oyundan qabaq “Fənərbaxça”ya qarşı oyunda özümüzü göstərəcəyimizi klub prezidentinə söz vermişdik və vədimizə əməl etdik. Unutmayın ki, biz evdə deyil, səfərdə oynayırdıq. Ona görə də, heç-heçə yaxşı nəticədir. Böyükağa Hacıyevin gəlişindən sonra komanda dəyişib. O, kollektivi toplaya bilən məşqçilərdəndir. Hesab edirəm ki, “Fənərbaxça” ilə oyunu aktivimizə yaza bilərik”.
