19 yanvar 2014 12:00
Rəşad Sadiqov: Neftçi Fənərbaxçadan heç qorxmadı
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov azerisport.az saytına açıqlamasında “Flaqman”ın Antalya toplanışı çərçivəsində “Fənərbaxça”ya qarşı keçirdiyi yoxlama oyunu (0:0) ilə bağlı fikirlərini bildirib:
“Biz layiqli oynadıq. Təcrübəli və adlı-sanlı rəqibdən heç qorxmadıq belə. Az qol vəziyyəti yaratmadıq, hətta qalib gələ bilərdik. Şadam ki, “Neftçi” Türkiyədə özünü yerli nəhəngə qarşı oyunda göstərə bildi”.
