19 yanvar 2014 00:11
Tahir Süleymanov: Neftçi Fənərbaxçanı məğlub edə bilərdi
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına açıqlamasında “Flaqman”ın Antalya toplanışı çərçivəsində “Fənərbaxça”ya qarşı keçirdiyi yoxlama oyunu (0:0) barədə fikrilərini açıqlayıb:
“Beş gün toplanışda olmağımıza rəğmən, biz qalib gələ də bilərdik. “Neftçi” öz oyununu göstərdi. Hesab edirəm ki, biz düzgün yoldayıq”.
