19 yanvar 2014 15:20
Qarabağ Dinamoya qalib gəldi (YENİLƏNİB)
“Qarabağ” bu gün Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Buxarest “Dinamo”su ilə qarşılaşıb.
Oyun Bakı vaxtı ilə 13:30-da başlayıb və "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ” - “Dinamo” (Buxarest) - 1:0 (0:0)
Qol: Corc Leroy, 58 (1:0)
Qarabağ (start heyəti): İbrahim Şexiç, Maksim Medvedev, Bədəvi Hüseynov, Admir Teli, Ansi Aqoli, Qara Qarayev, Namiq Yusifov, Vüqar Nadirov, Corc Leroy, Ulrix Kapolonqo, Reynaldo.
