19 yanvar 2014 19:00
Emin Quliyev: Neftçi Fənərbaxçaya qarşı yaxşı hazırlaşmışdı
“Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev “Fənərbaxça” və “Neftçi” arasında keçirilmiş yoxlama oyunu (0:0) barədə fikirlərini azerisport.az saytına açıqlayıb:
“Neftçi” “Fənərbaxça”ya qarşı yaxşı oynadı və ilk növbədə oyun göstərdi. Görünürdü ki, bakılılar oyuna yaxşı hazırlaşıb. Oyunçulardan Arazı, Flavinyonu, Kardoso və Rəşadı qeyd edərdim. Ötən il bizim 0:4 hesablı məğlubiyyətimizə gəlincə, bu, öz səhvlərin nəticəsi idi. Bəli və “Fənərbaxça” “Neftçi”yə qarşı oynadığı kimi oynamamışdı.
