19 yanvar 2014 18:18
Yunisoğlu Trabzonda darmadağına üzüldü
Bu gün futbol üzrə Türkiyə Birinci Divizionunda 21-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbolçumuz Saşa Yunisoğlunun komandası “Tekden Denizlispor” səfərdə “1461 Trabzon”la qarşılaşıb.
Görüş meydan sahiblərinin qonaqları 5:1 hesablı darmadağını ilə başa çatıb. Yunisoğlu ilk dəqiqələrdən meydanda mübarizə aparıb.
Hazırda “Denizlispor” yarış cədvəlində 19 xalla 15-ci pillədə qərarlaşıb.
