19 yanvar 2014 17:55
AZAL Birinci Divizion təmsilçilərini sınağa çəkəcək
AZAL mövsümün ikinci yarısına hazırlıq məqsədi ilə daha iki yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Vaqif Sadıqovun yetirmələri Birinci Divizionun iki təmsilçisi ilə qarşılaşacaq.
AZAL yanvarın 22-də “Araz Naxçıvan”ı, üç gün sonra isə “Neftçala”nı sınağa çəkəcək.
Xatırladaq ki, əvvəlki iki görüşdə AZAL “Şahdağ”ı 5:1 hesabı ilə məğlub etsə də, çempionatın autsayderi “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olmuşdu.
