19 yanvar 2014 16:16
Qarabağ rusiyalı futbolçudan imtina etdi
“Qarabağ” baxışa dəvət etdiyi futbolçudan imtina edib. Azerisport.az xəbər verir ki, rusiyalı yarımmüdafiəçi Fərhad Qıstarov Qurban Qurbanovun tələblərinə cavab vermədiyindən, 19 yaşlı futbolçuya “yox” deyilib.
Xatırladaq ki, Qıstarov “Qarabağ”ın Antalya toplanışı çərçivəsində Buxarest “Dinamo”su üzərində 1:0 hesablı qələbə qazandığı yoxlama oyununda ikinci hissədə meydana çıxmışdı.
