19 yanvar 2014 16:11
Abışov oynadı, Rubin qələbə qazandı
Millimizin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi “Kayserispor” komandası ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.
Abışov start heyətində meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
