19 yanvar 2014 15:22

Tuqrul Erat: Azərbaycan millisində çıxış qərarıma valideynlərimin münasibətini öyrəndim

Düsseldorf “Fortuna”sının yarımmüdafiəçisi Tuqrul Erat komandanın əsas heyətində yeri ilə bağlı fikrini bildirməklə yanaşı, Azərbaycanın gənclərdən ibarət yığmasına gəlişini xatırlayıb. Azerisport.az Eratın fikirlərini diqqətinizə çatdırır.

“Fortuna”ın ikinci komandasının məşqçisi Taşkın Aksoy özünün köhnə tanışı, Azərbaycanın gənclərdən ibarət yığmasının baş məşqçisi Bernhard Lippertdən mənimlə bağlı təklif almışdı. Lippert məni yığmaya dəvət edirdi və buna görə Aksoya müraciət etmişdi”, deyə Erat yığmaya il dəvətini xatırlayıb.

Erat bu barədə ilk əvvəl valideynlərinin fikrini bilmək istədiyini qeyd edib: “Mən bu qərarıma valideynlərimin münasibətini öyrənmək istədim. Bununla bağlı onların heç bir problemi olmadı. Bu halda mən müvafiq sənədləri göndərdim və hazırda Türkiyə pasportu ilə yanaşı, Azərbaycan pasportum da var”.

Gənclər yığmasının əsas heyətində bilavasitə oyuna gəlincə, yarımmüdafiəçi qısaca bildirib ki: “Mən ilk dəfə bu mövsümdə oynadım və mənim xoşuma gəldi”.

“Fortuna”dakı çıxışına gəlincə, Erat qeyd edib ki: “Uğurlu çıxışım əsas heyətdə daimi yerimə təminat vermir. Bunun çün mən artırmalı və daha da yaxşı oynamalıyam. Həmçinin, yeni məşqçi üçün komandada hamı eynidir”.

Yarımmüdafiəçi bildirib ki, nail olduqları ilə kifayətlənmir: “Mən son iki il cani-dildən işləmişəm və heç zaman təslim olmamışam. Hər şey yüksələn xətlə davam etsə, bunun əleyhinə deyiləm”.

(RP Online)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.