19 yanvar 2014 14:44
Qəbələ Şaxtyorla qarşılaşacaq
Mövsümün ikinci yarısının hazırlıqlarına Qəbələdə start verən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası təlim-məşq toplanışının ilkin mərhələsini yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, "qırmızı-qaralar"ın növbəti toplanışı isə Antalyada baş tutacaq.
Bu gün Antalyaya yollanacaq əvəzedicilər Belek bölgəsində "Papilion Zeugma" otelində məskunlaşacaq. Antalya toplanışı yanvarın 27-dək davam edəcək. "Qırmızı-qaralar" toplanış çərçivəsində yanvarın 21-də "Yonsey" (Cənubi Koreya), 23-də Kuveytin U-21 yığması, yanvarın 25-də isə "Şaxtyor"un (Ukrayna) əvəzedici komandası ilə üz-üzə gələcək.
