19 yanvar 2014 13:22
Mahir Şükürov: Bəziləri Neftçiyə böyük hesablı məğlubiyyət arzulayırdı
“Neftçi”nin müdafiəçisi Mahir Şükürov Antalya toplanışı çərçivəsində “Flaqman”ın “Fənərbaxça”ya qarşı keçirdiyi oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablayıb.
- Futbolkanızı niyə məhz Brunu Alveşlə dəyişdiniz?
- Bildiyiniz kimi, Alveş Portuqaliya yığmasında oynayır və biz artıq onunla görüşmüşük. O, məni yadda saxlayıb və biz oyun ərəfəsində salamlaşdıq. Mən ona yaxşı futbolçu kimi hörmət edirəm və hesab edirəm ki, o, dünyanın dörd-beş yaxşı müdafiəçisi siyahısına daxildir. Fasilədə o, futbolkaları dəyişmək istəyini dedi və oyundan sonra mən ona ö formamı təqdim edəndə, Brunu məni oyunuma görə təriflədi. Mənim ingiliscəm lazımı səviyyədə olmasa da, ancaq düşünürəm ki, onun sözlərini düz başa düşmüşəm.

- Oyun ərəfəsində köklənməniz necə idi?
- Biz klub rəhbərliyinə söz vermişdik ki, pis vəziyyətdə qoymayacağıq. Yaxşı oynadıq və məğlub olmadıq. Əminəm ki, “Neftçi”nin böyük hesabla məğlub olmasını görmək istəyənlər vardı. Unutmayın ki, “Fənərbaxça” ilə biz Türkiyədə heç-heçə etdik və o komandanın heyəti də döyüşkən idi.

- Oyundan dərhal sonra siz komandanın baş məşqçisi Böyükağa Hacıyevi dəstəkləyən sözlər deyərək, qeyd etdiniz ki, öz futbolçularını dəstəkləmək lazımdır. Siz kimi nəzərdə tuturdunuz?
- “Qarabağ”a məğlubiyyətdən sonra bizim artıq sabiq məşqçimiz Nazim Süleymanov dedi ki, onu futbolçuları ağdamlılardan zəifdir və guya komandanın uzun ehtiyat skamyası yoxdur. Bu, acı idi. Mən oyunçuların arxasında dayanmayan məşqçi üçün döyüşə bilmərəm. Böyükağa Hacıyevə isə ürəyimi də verərəm.

- Oyundan sonrakı mətbuat konfransında rəqibin qapıçısı Volkan Demirel dedi ki, bu dostluq oyunu idi. Volkanın bu sözlərlə komandasının qalib gələ bilməməsi amilini izah etmək istədiyini demək, çətindir...
- Dostuq oyunu? Yoldaşlıq oyununda belə, qələbədən kim imtina edər? Unutmayın ki, “Fənərbaxça” toplanışı yekunlaşdırırdı. Biz isə on gün qabaq toplanmışıq və yaxşı nəticəyə nail olduq. Haradasa özümüzün imkanlarını 50 faiz göstərdik.
- Bu, “Neftçi”nin öz mükəmməl idman formasını yığacağı təqdirdə qələbə qazana biləcəyi demək deyilmi?
- İmkanlarımızın 70 faizi qədər oynasaydıq, qalib gələrdik. Çünki belə bir halda biz Avropa Liqası səviyyəsində olardıq.
- Saytımıza müsahibəsində millimizin baş məşqçisi Berti Foqts “Partizani”yə qarşı ilk hissədə sizin oyununuzu tərifləyib.
- Şadam ki, oyunum ona xoş getdi. Mən öz səviyyəmi saxlamağa çalışıram. Meydanda mümkün hər şeyi edirəm.
- “Fənərbaxça”ya qarşı keçirdiyiniz oyun karyeranızın 10 ən yaxşı oyunu siyahısına daxil ola bilər?
- Sözsüz. Bu oyun 5-6-cı yeri tutardı. Ən yaxşı onluğa hansı oyunları salacağımı demək çətindir, ancaq ora “Anji”də keçirdiyim oyunlar da düşərdi. Hər azərbaycanlı futbolçu Rusiya Premyer-liqasında 26 oyun keçirmək gücündə deyil. Ancaq “Fənərbaxça”ya qarşı oyun Avropa Liqasında keçirilmiş görüşlərdən geri qalır. İlk növbədə dərəcə və gərginliyinə görə.