18 yanvar 2014 12:00

Maksim Medvedev: Qarabağın Neftçi və Qəbələ qarşısında üstünlüyü var

Millimizin və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev azerisport.az saytına müsahibəsində komandasının Türkiyə toplanışından, gələcək perspektivlərdən və millidən danışıb.

“Braziliyalıların azca gec gəlməsinə rəğmən, toplanışımız tam sürətlə keçir. Hazırda biz tam heyətlə fiziki yüklənməni eyni ilə alırıq. Biz məzuniyyətdən gələrkən olan mənfi göstəricilərimiz üzərində işləməliyik. Bunun üçün bizim vaxtımız var”, deyə Medvedev sözə başlayıb.

- Türkiyəyə artıq çəki ilə gəlmisiniz?
- məni belə problemim yoxdur. Mən sürətlə çəki yığa bilər və onu eləcə də ata bilərəm. Çatışmazlıqlar silsiləsindən deyə bilərəm ki, nəfəsi açmaq, dözümlüyü, fiziki hazırlığı və sürəti artırmaq lazımdır. Yeklənmələrdən və bir neçə oyundan sonra hər şey yerini tapacaq. Lənkərana hazır olacağıq. Özü də bu komandanın işlərndən xəbərdaram. Son məlumatlara görə, “Xəzər Lənkəran”da işlər yaxşı gedir.

- Yanvarın 18-də “Qarabağ” Buxarest “Dinamo”su ilə qarşılaşacaq. Antalyadakı bu yoldaşlıq oyunlarına nə dərəcədə əhəmiyyət verirsiniz?

- Hesab edirəm ki, belə oyunlarda nəticə xüsusi əhəmiyyət kəsb etmir. Əsas oyunumuz, oyunçuların qarşılıqlı anlaşması, komandanın vəziyyətidir. Buna görə də çempionatın yenilənməsinə qədər yoldaşlıq oyunları lazımdır.

- İkinci dövrənin sonluğu çox əsəb yaratdı?
- Bilirsiniz, bizim izləyicilərimizdən aralanmaq çün gözəl şansımız vardı. Ancaq elə oldu ki, biz ancaq üçüncü olduq. Son tur isə hər şeyi büsbütün dəyişdi. “Qarabağ”, “Qəbələ” və “Neftçi” ruhən yaxın komandalardır. Onlar nəticəyə nail ola bilər, bir-birindən xal qopara bilər, səhv edə bilərlər. Bu oxşarlıq öz rolunu oynayacaq və üç komanda arasında mübarizə həmin ruhda da davam edəcək. Düzdür, əlbəttə, əgər dördüncü komanda mübarizəyə qoşulmasa. Ən vacibi, bu mübarizədə birbaşa rəqiblərlə şəxsi görüşlərdir.

- TPL-in növbəti mərhələsində necə mübarizə gözləyirsiniz?
- Düşünürəm ki, gözlənilməzliklər olacaq, hətta çox. Ehtimal edirəm ki, bir komanda altı xallıq fərqlə uzaqlaşacaq, ancaq sonda bir xalın hər şeyi həll edəcəyi vəziyyət yaranacaq. Rəqiblərə heç bir halda xal vermək olmaz.

- Kimə qarşı oynamaq daha çətin idi: “Qəbələ” ya “Neftçi”?
- Hər iki komandanın güclü heyəti var və bütün mövqelərdə yaxşı oyunçular oynayır. “Neftçi”də hətta müdafiəçi Kardoso komandaya nəticə qazandırır. Axı o, artıq üç dəfə qol vurub. “Qəbələ”yə gəlincə, onlar 0:4-dən sonra bizə son 12-15 dəqiqədə üç qol vurdular. Onların Subotiç və Leonardo başda olmaqla əla hücum xətti var. Ancaq belə komandaların da açarı var.

- “Qarabağ”ın hansı üstünlüyü var?
- Top saxlamaq. Biz ötürmələrdə daha yaxşı oynayırıq. Bu, rəqiblərimiz qarşısında bizim üstünlüyümüzdür. Əgər düzünə qalsa, bizim fərdi cəhətdən güclü cəmi üç oyunçumuz var.

- Fevralda biz AÇ-2016 təsnifat mərhələsi çərçivəsində millinin rəqiblərini tanıyacağıq. Ümidləriniz?

- Kimlə oynasaq da, hər şeyə hazır olmalıyıq. Bizim işimiz ölkəni təmsil etməkdir. Son nəticələrə görə, düşünürəm ki, komandanın artırması haqda nəticə çıxarmaq olar. Əminəm ki, biz qarşıdakı təsnifatda layiqli oyun göstərəcəyik və hətta üçüncü yer uğrunda da mübarizə apara biləcəyik.

- Ümid edirsiniz ki, Berti Foqts sizi sağ cinaha qaytarmaqla, sizi özünüzə yad dayaq zonasından xilas edəcək?

- Hamı bilir ki, mən həmişə sağ cinahda oynamışam. Bəzən də sol. Ancaq ilk dəfə olaraq Foqts məni “dayaqçı” qoydu. Suala cavab verərək deyim ki, əlbəttə, adət etdiyim yerdə oynamaq istərdim. Orada özümü daha inamlı və sakit hiss edirəm. Qara Qarayev və Namiq Yusifov dayaq mövqeyində məndən daha yaxşı xeyir gətirə bilərlər. Onların komandaya lazım bacarıqları var. Mən isə sadəcə, oyunu rəqiblərin ötürmələri üzrə oxuyurdum.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.