18 yanvar 2014 20:33
Komandası Gökdəmirsiz heç-heçə etdi
Millimizin müdafiəçisi Əli Gökdəmirin çıxış etdiyi “Hannover 96” Türkiyə toplanışı çərçivəsində yoxlama oyununda “Çaykur Rizəspor”la qarşılaşıb. Azerisport.az xəbər verir ki, Tayfun Korkutun yetirmələri türk klubunun müqavimətini qıra bilməyib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Əli Gökdemir bu oyunda oynamayıb.
Qeyd edək ki, Gökdemir toplanış çərçivəsində yalnız bir yoxlama oyununda “Herta”ya qarşı forma geyib və görüş 0:0 hesabı ilə başa çatıb.
