18 yanvar 2014 20:20
Belçikalı müdafiəçi TPL-də iştirak edə bilər
Belçikalı müdafiəçi Migel Dahele Azərbaycan çempionatında iştirak edə bilər. Azerisport.az xəbər verir ki, 26 yaxşı futbolçu Azərbaycan klublarından birində baxışdadır.
Bu barədə Belçikanın “Heyst” komandasının baş məşqçisi Si Boşaer bildirib. Onun sözlərinə görə, futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə və tibbi müayinədən keçsə, transferin həyata keçməsi tamamilə mümkündür.
