18 yanvar 2014 18:44
Qəbələ Leonardonu cərimələdi
“Qəbələ”nin braziliyalısı yarımmüdafiəçisi Leonardo Türkiyənin Antalya şəhərində toplanış keçən komandasına qoşulub. Azerisport.az xəbər verir ki, toplanışa üzrsüz gecikərək komandanın birinci hazırlıq mərhələsini buraxmış futbolçu özünün bir aylıq əməkhaqqı həcmində cərimələnib.
