18 yanvar 2014 17:44
İnter kostarikalı hücumçu ilə güclənir
“İnter” yeni hücumçu intizarındadır. Azerisport.az xəbər verir ki, “bankirlər” kostarikalı hücumçu ilə güclənmək fikrindədir.
Adı açıqlanmayan hücumçu komandaya Türkiyə toplanışı çərçivəsində qoşulacaq. Futbolçu komandaya baxışsız, tibbi müayinədən sonra keçəcək.
Qeyd edək ki, bir müddət əvvəl “İnter”in məşqçi qərargahı iki legionerdən imtina etmişdi. Bunlar braziliyalı Mateus və alman müdafiəçi Kevin Petsoni idi.
